Bütün dünyada pandemiyaya qarşı mübarizə vaksinasiya işlərinin başlaması ilə tam sürətlə davam edir. Lakin peyvəndlərin əks təsiri müzakirə mövzusu olaraq qalır. İngiltərədən gələn bir xəbər bu müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.
525.az xəbər verir ki, İngiltərədə koronavirus əleyhinə vaksinasiya olunan yüzlərlə insan qulaq cingiltisi şikayəti ilə xəstəxanalara müraciət edib. Bu vəziyyət peyvəndin yeni əks təsirinin olub-olmaması barədə mübahisələr yaradıb. Verilən məlumata görə, İngiltərə səhiyyəsi, COVID-19 peyvəndi vurulan hər 24 min insandan birinin qulaq cingiltisi ilə qarşılaşa biləcəyini açıqlayıb. Elm adamları isə bunun səbəbləri barədə hələ də kifayət qədər məlumata sahib olmadığını vurğulayıblar.
Xatırladaq ki, qulaq cingiltisi koronavirusa yoluxan insanlarda görünən 30 simptomdan biri kimi qeydə alınmışdı.
Firuzə Əliyeva