https://525.az/img/pics/medium/2026-07/398336_w7lyecgx3y.jpg “525-ci qəzet”in 24 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/398330_981scmjlyh.jpg Acı xəbər - Xalq yazıçısı Anar yazır
https://525.az/img/pics/medium/2026-07/398288_fv0wio94yc.jpg Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
https://525.az/img/pics/medium/2026-07/398286_e6kflvnm3u.jpg Azərbaycan-Almaniya əlaqələrində yeni strateji dövr
search
23 İyul 2026

Krımın futbol klubları Ukrayna çempionatında oynayacaq

Krımın futbol klubları Ukrayna çempionatında oynayacaq
Martın 29-da «Sevastopol» futbol klubu Lvovun «Karpatı» komandası ilə keçiriləcək oyunu təxirə salmaq niyyətində olmadığını bildirib.
 
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Krımın Rusiyaya birləşdirilməsinə baxmayaraq, «Sevastopol» Ukrayna çempionatında oyunlarını davam etdirmək istəyir.
 
Klub rəhbərliyi biletlərin satışda olduğunu və komandanın qarşılaşmaya ciddi hazırlaşdığını bəyan edib.
 
Cümə günü Zaporojeyenin «Metallurq» klubu ilə görüşəcək Simferopolun «Tavriya» komandası da uyğun addım atmaq niyyətində olduğunu bildirib.
 
Bununla belə cari mövsüm başa çatandan sonra yarımadanı təmsil edən hər iki klubun Rusiya çempionatında iştirakı istisna olunmur.
 
UEFA təmsilçiləri  adı çəkilən klublardan heç bir sorğu almadıqlarını təsdiqləyiblər.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.