https://525.az/img/pics/medium/2026-07/398336_w7lyecgx3y.jpg “525-ci qəzet”in 24 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/398330_981scmjlyh.jpg Acı xəbər - Xalq yazıçısı Anar yazır
https://525.az/img/pics/medium/2026-07/398288_fv0wio94yc.jpg Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
https://525.az/img/pics/medium/2026-07/398286_e6kflvnm3u.jpg Azərbaycan-Almaniya əlaqələrində yeni strateji dövr
search
23 İyul 2026

AFFA Dağlıq Qarabağdakı qondarma tədbirə etiraz etdi

AFFA Dağlıq Qarabağdakı qondarma tədbirə etiraz etdi
İşğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursu keçirilir. 

525.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Azərbaycan Futbol Federasiyası qarşı tərəfə etirazını bildirib və UEFA-ya məlumat verib.

UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nın Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını  ifadə edib. 

E.Məmmədov həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.

Xatırladaq ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.