Rusiya Federal Meteoroloji Mərkəzinin mütəxəssisi Roman Vilfand ölkədə son 124 ilin ən yüksək temperaturunun müşahidə olunduğunu açıqlayıb.
525.az xəbər verir ki, temperatur rekordunun Rusiyanın paytaxtı Moskvada qırıldığı açıqlanıb. Bu gün hava temperaturunun 29,2 dərəcə olduğu qeyd edilib.
Vilfand açıqlamasında "Meteoroloji müşahidələr tarixindəki ən yüksək temperatur rekordu 24 May tarixində qeydə alındı və bundan əvvəl bu rekord 29.1 dərəcə olub”, - deyə o söyləyib.
El Roman