Birləşmiş Millətlər Təşkilatı (BMT) sudanlı uşaqların həyatının risk altında olduğu barədə xəbərdarlıq edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Ərzaq Proqramı Sudandakı vəziyyətlə bağlı birgə yazılı açıqlama verib.
Bəyanatda xəbərdarlıq edilib ki, bütün göstəricilər müharibə şəraitində olan ölkədə uşaqların və anaların qidalanma vəziyyətində “əhəmiyyətli dərəcədə pisləşdiyinə” işarə edib.
Bəyanatda uşaqların həyatının risk altında olduğu vurğulanaraq, xüsusilə uşaqların qida çatışmazlığından, xəstəlikdən və ölümdən qorunması üçün təcili tədbirlərin görülməsi lazım olduğuna diqqət çəkilib.
Malik Atilay