Belçikanın Gent Universiteti İsraillə bütün akademik əməkdaşlıq müqavilələrini dayandırdığını açıqlayıb.
525.az xəbər verir ki, universitetin rektoru Rik Van de Walle tərəfindən edilən yazılı açıqlamada qərarın səbəbi kimi İsrail hökumətinin törətdiyi insan haqları pozuntularının miqyası, müddəti və xarakteri göstərilib.
Belə ki, universitet rəhbərliyi İsrail universitetləri və elmi-tədqiqat müəssisələri ilə davam edən bütün akademik əməkdaşlığı dayandırıb.
Qeyd edək ki, əməkdaşlığa hüquqi xitam vermək mümkün olmasa da, universitet birtərəfli qaydada müvafiq layihələrdən geri çəkiləcək.
Məhəmməd Tağıyev