|
|
|
|
Cənubi Koreyalı sənaye dizayneri Paen Min-vuk, küçədə gəzərkən gözlərini ekrandan çəkə bilməyən telefon aludəçiləri üçün 'üçüncü göz' hazırlayıb.
525.az xəbər verir ki, Min-vuk, küçədə belə insanların irəlini görmələrini təmin edən “üçüncü göz” dizaynını “Tele sapiens” adlandırdığını söyləyib. Dizaynı ilə bağlı danışan dizayner, "Bu günlərdə çox sayda gənc qəzaya uğrayır, çünki telefonlarına baxaraq gəzirlər. Bu dizayn onlara fayda gətirəcək." - deyə söyləyib.
Min-vuk tərəfindən dizayn edilən üçüncü göz cib telefonuna qoşulur və üzərindəki sensorlar sayəsində hər hansı bir obyektlə qarşılaşdıqda səs çıxarır.
El Roman