https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

"Azərbaycanda Türkiyə superliqasında çıxış edə biləcək futbolçular var"

"Azərbaycanda Türkiyə superliqasında çıxış edə biləcək futbolçular var"

"Rəvan"ın baş məşqçisi Güvenc Kurtar Türkiyənin "Doğan" xəbər agentliyinə müsahibə verib. Qol.Az-ın məlumatına görə, o, Topaz Premyer Liqası haqda fikirlərini bildirib, transfer planları haqda danışıb.


- Əvvəlcə Azərbaycan Premyer Liqası haqda fikirlərinizi bilmək istərdik.

- Burada yüksək səviyyəli bir neçə klub var. Çempionatda çox yaxşı futbolçular oynayır. Türkiyə superliqasında çıxış edə biləcək gücdə futbolçular var.  İtaliya A seriyasında, Braziliyada oynamış oyunçular hazırda futbolçu karyeralarını Azərbaycanda davam etdirirlər.

- Mustafa Dənizli ilə eyni liqada mübarizə aparmaq necə bir hissdir?

- Türkiyədə də onunla eyni liqada çalışmışıq.  Azərbaycan bizim ikinci vətənimizdir.  Onunla çox görüşmürük. Çünki o, Bakıdan uzaqda işləyir. Bir müddət keçdikdən sonra daha tez-tez görüşəcəyik.

- Azərbaycanda futbolçuların gəliri necədir?

-  5-6 klubda verilən maaşlar yaxşıdır. Bir sözlə, buradakı oyunçuların aldığı məvacib Türkiyədə futbolçuların qazandığı pula çox yaxındır.

- Azərbaycanın paytaxtı Bakı haqda nə deyərdiniz?

- Bakı gözəl şəhərdir. İşlədiyim üçün gəzməyə hələlik vaxtım olmur. Amma burada yaxşı restoranlar və kafelər var. Buna görə də Bakıya gələn futbolçular bura uyğunlaşmaqda heç bir çətinlik çəkməyəcək.

-Türkiyədən futbolçu transfer etməyi düşünürsünüz?

- Hələlik belə bir fikrim yoxdur. Hazırkı heyətlə nələr edə bilərik, onu düşünürəm. Qarşıda Azərbaycan kubokunda matçımız var. "Neftçi" kimi güclü və səviyyəli bir rəqiblə oynayacağıq. Bu səbəbdən transfer düşünmürəm.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.