Sevinc Fətəliyeva AŞPA tribunasından səsləndi : “Azərbaycan müxtəlif etnik-dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş bir ölkədir”
“Milli azlıqların taleyi tamamilə ölkənin xoş məramından və demokratiyanın dərəcəsindən aslıdır. Bu açıq faktdır ki, xeyli azlıqlar irqi ayrı-seçkilikdən əziyyət çəkir”. Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva sözügedən qurumun davam etməkdə olan növbəti yaz sessiyasında “Avropada ənənəvi milli azlıqların vəziyyəti və hüquqları” mövzusunda müzakirələr zamanı çıxışında dilə gətirib. Onun dediyinə görə, eynilik-şəxsi mədəniyyət və din hüququ doğma hesab olunmalıdır. S.Fətəliyeva qeyd edib ki, heç bir dövlət oz vətəndaşını danmır, onun dinini və təhsilini numayiş etdirir, həmçinin, mədəniyyətini zənginləşdirir.
“Etnik azlıqlar üçün olan huquqları nə təmin edir? Hüquqlar əğər təmin olunarsa, yəni, birincisi, etnik qrup parlamentdə təmsil olunsa, ikincisi, dövlət bütun etnik azlıqların, dini azadlıqlarını təmin etsə, üçüncüsü, azlıqların mədəni irsinə hörmət olunsa. Biz fəxr edirik ki, bunların hamısı Azərbaycanda təmin olur. Azərbaycan müxtəlif etnik-dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş çoxmillətli və çox dinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Milli azlıqların cəmiyyətin həyatında, eləcə də, ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunurlar. Milli azlıqların sıx yaşadıqları ərazilərdə yerli əhalinin nümayəndələri, yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər parlament və dövlət qurumlarında təmsil olunur”-deyə,o, bildirib.
S.Fətəliyevanın bildirdiyinə görə, ölkəmizdə provaslav və katolik kilsələri, yahudi sinaqoqları dövlət tərəfindən bərpa olunur və tikilir.
“Bütün etnik qruplar üçün ölkənin siyasi həyatında iştirak edə biləcəyi mühiti yaratmaq lazımdır. Cəmiyyətdən sərhədlər götürülməlidir ki, hər kəs öz dininə,mədəniyyətinə əməl edə bilsin. Dövlət və vətəndaşlar arasında qarşılıqlı işbirliyi olmalıdır. Əğər ölkə etnik azlıqların hüquqlarını təmin etsə, diğər tərəfdən də azlıqlar ölkənin milli maraqlarından ayrılmamaılıdır. Qarşılıqlı hörmət və ölkənin inkişafı uğrunda mübarizə, hansı etnik qrupa məxsus olmaqdan aslı olmayaraq, bütün xalqı birləşdirir”-deyə, S.Fətəliyeva vurğulayıb.
Kamil Həmzəoğlu