70 yaşlı ingilis iş adamı Riçard Branson kosmosa çıxan ilk milyarder kimi tarixə düşüb.
525.az xəbər verir ki, Virgin şirkətlər qrupunun qurucusu Milyarder Branson, təxminən 1 saat davam edən kosmik səyahətini 5 nəfərlik bir qrupla tamamlayaraq dünyaya qayıdıb. Tarixi uçuş uğurla başa çatıb. Uçuşun ilk mərhələsində daha böyük bir təyyarə “Unity” vasitəsini yerdən 15 km yuxarı qaldırıb . Bu anda “Unity” təyyarədən ayrılıb və 90 dəqiqə şaquli şəkildə uçuşa başlayıb.
Beləliklə saatda 4 min km sürətə çatan vasitə uçuşun ortasında yerdən 90 km qalxıb.
El Roman
El Roman