İngiltərədə tapılan kiçik daş parçasının qədim bir meteorit olduğu ortaya çıxıb.
525.az xəbər verir ki, 4 milyard 600 milyon yaşında olduğu təxmin edilən obyektin bu günə qədər Yer üzündə aşkarlanan ən qədim meteorit olduğu bildirilib. Lafboro Universiteti tərəfindən verilən açıqlamada, yerli sakininin tapdığı bu kiçik kömür rəngli daş, Günəş sistemindəki planetlərin meydana gəlməsindən sonra ortaya çıxmış dağıntıların bir parçasıdır. Meteoritin Yerə Mars və Yupiter orbitləri arasında yerləşən asteroid qurşağından gəldiyi təxmin edilir.
Daşa tapıldığı yerə yaxın yerləşən Uinçkom kəndinin adı verilib.
El Roman