"Türk Hava Yolları" (THY) şirkəti ölkənin Muğla və Antalya bölgələri başda olmaqla yanğın olan ərazilərə səfər etmiş sərnişinlərə müraciət edib.
525.az-ın məlumatına görə, müraciətdə deyilir ki, həmin ərazilərə səfər edən yaxud həmin regiondan başqa ərazilərə səfər edən sərnişinlərə biletlərini başqa vaxta dəyişdirmək imkanı yaradılıb.
29-30 iyul tarixi üçün alınan biletləri avqustun 15-nə qədər olan müddətə yeniləmək olar.
THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas “Report”a açıqlamasında bildirib ki, bu qərar Azərbaycandan olan sərnişinlərə də aiddir.