https://525.az/img/pics/medium/2024-05/312614_bgwbia4fvc.jpg Əbədi sözə çevrilən ədəbi sima -  İsi Məlikzadə-90
https://525.az/img/pics/medium/2024-05/312613_x96mt2af8o.jpg Anar Məmmədxanovun xanımı: "Mən ona çox arxayın idim"
https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
search
6 May 2024
5 May 2024

“İnanıram ki, yeni məşqçilər heyəti etimadı doğruldacaq”

“İnanıram ki, yeni məşqçilər heyəti etimadı doğruldacaq”
“Azərbaycan Cüdo Federasiyası milli komandamıza yeni məşqçilər təyin edib. Baş məşqçi vəzifəsində Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev çalışacaq. Köməkçiləri - Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev olacaqlar. Mən veteran cüdoçu kimi, bu qərarı bəyənir və alqışlayıram. İnanıram ki, onlar Azərbaycan cüdosunun şöhrətini bərpa etmək, yüksək nailiyyətlər qazanmaq üçün əzmkarlıq göstərəcəklər”.

525.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov özünün şəxsi İnternet səhifəsində  (azeraskerov.az) yazıb.

O, qeyd edib ki, Mövlud Mirəliyevin Olimpiya  təcrübəsi var və onun yeni Olimpiya ümidlərimizin yetişməsinə töhfə vermək imkanları böyükdür. Baş məşqçinin köməkçilərinin də tanınmış, təcrübəli və usta idmançılar olduğunu vurğulayan Azər Əsgərov yazır: “Mən onların arasında Azərbaycan cüdosunun daha bir tanınmış simasının – Sidney Olimpiadasının iştirakçısı, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Səlimovun da olmasını arzulayardım. Əminəm ki, Rəsul öz təcrübəsi, istedadı və idmançı keyfiyyətləri ilə məşqçilər heyətinin fəaliyyətini daha da gücləndirə bilər”.

Federasiya rəhbərliyinin milli komandanı məhz milli heyətə etibar etməsini təqdirəlayiq hal kimi dəyərləndirən veteran cüdoçu məşqçilər heyətini təbrik edib, onlara uğurlar arzulayıb.


Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.