Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev yeni Baş nazir təyin edib.
525.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bu barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, yeni Baş nazir Alixan Smailov təyin olunub.
Parlamentin aşağı palatasının deputatları keçmiş Baş nazirin müavininin təyinatını dəstəkləyiblər.