Kimya fənnini tədris edən müəllimlər üçün fevralın 10-da “Refleksiv müəllim” seminarı keçiriləcək.
Bu barədə 525.az-a Təhsil İnstitutundan bildirilib. Seminar Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin “Refleksiv müəllim” layihəsi əsasında ayda 2 dəfə olmaqla onlayn formatda keçirilir və 1,5 saat davam edir.
Seminarda iştirak etmək istəyən müəllimlər fevralın 10-u saat 13:00-dək qeydiyyatdan keçə bilərlər.