
Bakı-Quba-Rusiya Federasiyası Dövlət sərhədi yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yolun Siyəzən rayonunun Ağbaş kəndindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkət edən mikroavtobusla “Toyota-Praro” markalı avtomobilin toqquşması nəticəsində bir nəfərin öldüyü, doqquz nəfərin xəsarət aldığı bildirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.



