Şəkinin Heydər Əliyev Mərkəzində 9-10 mart tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi tərəfindən“Region Gənclərinin Peşəkar İnkişafına Dəstək” adlı layihə həyata keçiriləcək.
Layihə Şəki rayonunda yaşayan 16-29 yaş aralığında olan gəncləri əhatə edir. Əsas məqsəd onların karyeralarını qurmağında və şəxsi inkişafları istiqamətində köməklik göstərməkdir. Layihəyə uyğun olaraq rayonda yaşayan gənclərə Şəki şəhərində karyera qurucuğu, startup anlayışı, CV hazırlanması, iş müsahibələri, bədən dili və s. bu kimi mövzularda təlimlər keçiriləcək. Həmçinin qonaq qismində dəvət olunacaq şirkət, startup sahibləri ilə görüşlər də keçiriləcək. Layihənin sonunda iştirakçılara sertifikatlar veriləcək. İştirakçıların istəyinə uyğun olaraq müəyyən şirkətlərdə də təcrübə imkanı yaradılıcaq. Layihədə iştirak etmək istəyən gənclər üçün əlaqə nomrəsi: (+994516469703) Qeyd edək ki, layihə rəhbəri Nicat Abdulxalıqovdur.