Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə qatılmaq üçün layihələrin qəbulu prosesi sabah yekunlaşır.
Bu barədə 525.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər martın 31-i saat 23:59-dək layihələrini təqdim etməlidirlər. Layihələrin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.
Müsabiqə barədə sual yaranarsa [email protected] ünvanına müraciət etmək olar.