|
|
|
|

Türk Dövlətləri Təşkilatı tviter hesabında Azərbaycan hökumətini və xalqını Silahlı Qüvvələrin 104-cü ildönümü münasibətilə təbrik edib.
525.az xəbər verir ki, təbrikdə deyilir:
“Türk Dövlətləri Təşkilatı olaraq Azərbaycan Respublikasının şanlı Silahlı Qüvvələrinin 104-cü ildönümü münasibətilə Azərbaycan hökumətini və xalqını ürəkdən təbrik edir, qurucu üzvümüzə ordusu, torpağı və xalqı ilə firavan gələcək arzulayırıq”.



