17-28 oktyabr tarixlərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” təlimi keçiriləcək.
525.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə təlimin ilk planlama iclası baş tutub.
İclasa Türkiyə, Azərbaycan və Gürcüstan nümayəndələri qatılıb.