
Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən “Qarabağ gecəsi” adlı xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək olan iştirakçılar - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Xalq artistləri Fəxrəddin Kərimov, Fərhad Bədəlbəyli, Əməkdar artistlər Aygün Mübariz, Arzu Əliyeva, Ceyla Seyidova, Nərgiz Əliyeva, ifaçılar Günay İmamverdiyeva, Babək Şuşalı, Cəlal Kərimov, tarzən Rövşən Qurbanov, aparıcılar, Azərbaycan Dövlət Akademik Filarmoniyasının nümayəndəsi “Təşəkkür sertifikatı” ilə təltif olunublar.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xeyriyyə konsertindən əldə edilən vəsait işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcək.



