Afrika ölkəsi Mozambikdə dünyanın ən böyük keyfiyyətli daş yaqutuu tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanada mərkəzli "Fura Gems" şirkəti tərəfindən edilən açıqlamada, Kabo Delqado bölgəsində 101 karatlıq yaqutun tapıldığı ifadə edilib. Son dərəcə nadir olduğu vurğulanan yaqutun dünyanın ən böyük keyfiyyətli daş yaqutu olduğu bildirilib. Araşdırmaçılar "bu, son dərəcə qiymətli daş kimi tarixə düşəcək" deyib.
Qeyd edək ki, yaqutun yerləşdiyi bölgə Ənsarus Sünnə təşkilatının mülki şəxslərə qarşı hücumları ilə gündəmə gəlir. 2017-ci ildən bəri hücumlarda 3 mindən çox insan həyatını itirib, 800 mindən çox insan isə didərgin düşüb.
Məhəmməd Tağıyev