|
|
|
|
Bu gün başımıza nələr gələcəyindən xəbərsiz olsaq belə heç düşünmüsüz ki, əsrlər, illər əvvəlin bu günündə nələr yaşanıb?
525.az olaraq sizin üçün tarixdə bu gün baş verənləri bir yazıda topladıq.
23 sentyabr, 1848. Saqqızın ixtira edilməsindən 174 il keçir.
23 sentyabr 1848-ci il saqqızın doğum günü hesab olunur. Məhz bu gün amerikalı Con Kertis evində ilk saqqızı istehsal edib. Saqqız yeyilməz elastik əsasdan və müxtəlif ətirli və aromatik əlavələrdən ibarət konfet növü kimi qəbul edilmişdir.
23 sentyabr, 1939. Nyu-Yorkda keçirilən ümumdünya sərgisində ilk "zaman kapsulunun" sərgilənməsindən 83 il keçir.
Gələcək nəsillərə məktublar və kapsulun basdırıldığı dövrü xarakterizə edən əşyaların yer aldığı zaman kapsulu "nəsillərə mesaj"ın ən maraqlı növlərindən biridir. Bu termin təxminən 1930-cu illərdə istifadəyə verilsə belə bu tip strukturların nümunələrinə qədim zamanlarda rast gəlinir.
23 sentyabr 2008. Android platformasının ilk versiyasının buraxılmasından 14 il ötür.
23 sentyabr 2008-ci ildə mobil qurğular və elektron qadcetlər üçün əməliyyat sistemləri arasında lider mövqe qazanan Android əməliyyat sisteminin ilk versiyasının rəsmi buraxılışı başlanıb.
Malik Atilay