Çinin münasibətləri normallaşdırmaq üçün 2008-ci ildə Tayvana hədiyyə etdiyi pandanın ötən həftələrdə xəstələnməsi iki dövlət arasındakı gərgin münasibətləri yumşaldıb. Panda Tuan Tuanın həyatının son dövrünə qədəm qoyduğu öyrənilib.
525.az xəbər verir ki, Çin tərəfindən 2008-ci ildə münasibətləri normallaşdırmaq üçün Tayvana hədiyyə edilən erkək panda son bir neçə həftə ərzində xəstələnib.
Çinin öz ərazisinin bir hissəsi hesab etdiyi Tayvanla 2016-cı ildən bəri rəsmi əlaqəsi olmasa da, Tuan Tuanın son günlərində rahat olmasına kömək etmək üçün baytarlara adanı keçməyə icazə verilib.
18 yaşlı Tuan Tuanın beyin şişi olduğu güman edilir. Taypey Zooparkının rəhbərliyi Çindən gələn baytarların ən azı 7 gün müşahidə aparacağını açıqlayıb.
"Onlar gəlib Tuan Tuanı şəxsən görmək istədiklərini bildirdilər. Məncə, bu, çox mənalı səfərdir", - zooparkın direktoru İv Vanq bildirib.
Malik Atilay