|
|
|
|
İlon Maskın idarəçiliyində olan "Twitter" mavi işarə üçün istifadəçilərdən ayda 20 dollar tələb edəcək.
525.az xəbər verir ki, "Twitter"in sahibi İlon Mask öz işçilərinə ilk ultimatumunu verib. “Twitter” mavi işarə sahibliyini ödənişli edəcək və buna çox vaxt sərf etməyəcək. "The Verge" və bu məsələ ilə tanış olan insanların gördükləri daxili qeydlərə görə, Mask "Twitter"in əlavə xüsusiyyətlərini açan aylıq 4,99 dollarlıq tələb əsasında abunə olan "Twitter Blue"nu istifadəçiləri də təsdiqləyən daha bahalı abunəliyə çevirmək niyyətindədir.
"Twitter" hazırda yeni "Twitter Blue" abunəsi üçün 19,99 dollar ödəniş almağı planlaşdırır. Cari plana əsasən, təsdiqlənmiş istifadəçilərin abunə olmaq və ya mavi işarəsini itirmək üçün 90 günü olacaq. Layihə üzərində işləyənlərə funksiyanı işə salmaq üçün noyabrın 7-nə qədər vaxtlarının olduğu, əks halda işdən çıxarılacaqları bildirilib. Musk Twitter sahibi olmadan əvvəl verdiyi açıqlamalarda daha əvvəl hesabın təsdiqi və botlarla mübarizə kimi mövzularda fərqli bir yanaşma tətbiq edəcəyinə işarə etmişdi.
Mask: "Bütün yoxlama prosesi hazırda yenilənir", - deyə "Twitter" hesabında yazıb.
Məhəmməd Tağıyev