|
|
|
|
Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi xanım Olqa Alqayerovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Bu barədə 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib
Qeyd olunub ki, görüş zamanı Azərbaycan və BMT-nin Avropa İqtisadi Komissiyası arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq perspektivləri sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.