|
|
|
|
Özbəkistan Dövlət Tarix Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Mədəni irs obyektlərinin qorunması və istifadəsi: nəzəri və tətbiqi istiqamətlər” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan 525.az-a bildirilib ki, konfransı giriş sözü ilə açan Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru professor Jannat İsmayılova iştirakçılara uğurlar arzulayıb.
Sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin iyun ayında Özbəkistana dövlət səfərindən sonra digər sahələrlə yanaşı, elmi əməkdaşlığın da uğurla davam etməsindən, son 150 ildə Azərbaycanda arxeologiya elminin uğurlarından danışıb.
İnstitutun elmi katibi, Numizmatika və epiqrafika şöbəsinin müdiri Akif Quliyevin müştərək hazırlanan “Monetı Sultana Kara Yusifa” adlı məruzəsi dinlənilib.
Özbəkistan alimləri Darmancan Kurzayeva, Alfiya Musakayeva, Otabek Aripcanov və Munisa Muxammadova məruzələrlə çıxış ediblər.
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun müdiri Aygün Məmmədovanın “O zolotıx dinarax Yusifa ibn Divdada, naydennıx v Azerbaydjane i Uzbekistane”, Akif Quliyev və Abbas Seyidovun “Monetnoye delo i denejnoye obraşeniye Karabaxskoqo xanstva” mövzusunda çıxışları, elmi işçilər Leyla Rüstəmova və Bədircahan Məmmədovanın, tarix üzrə fəlsəfə doktoru Emin Məmmədovun məruzələri maraqla dinlənilib.
Sonda Abbas Seyidov özbəkistanlı həmkarları ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıb.