|
|
|
|
"Düşünürəm ki, universitetlərimizin beynəlxalq qiymətləndirmələrdə iştirakı ilə bağlı Elm və Təhsil Nazirliyi yanında komissiya yaradılmalıdır".
Bunu 525.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, bu komissiyada universitetlərin beynəlxalq əməkdaşlıq şöbələrinin nümayəndələrilə müzakirələr aparılmalıdır:
"Bu komissiyanın fəaliyyəti qeyd edilən istiqamətdə lazımı addımların atılması üçün vacibdir. Hazırda Ermənistanla bağlı bir çox müzakirələr təşkiı edilir. Onlar bu məsələ ilə bağlı kifayət qədər işlər görürlər. Erməni diasporu təhsil mövzusuna da xüsusi diqqət edir. Biz də universitetlərimizin beynəlxalq reytinq sıralamalarında yaxşı mövqelərdə qərarlaşması üçün lazımı addımları atmalıyıq".
Sevinc Qarayeva