|
|
|
|

Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsü razılaşmasında vasitəçilik rolunu vurğulayıb. Makron: "Türkiyənin vasitəçiliyi ilə müzakirə edilən Qara Dəniz Taxıl Təşəbbüsünün 120 günlük uzadılması da ən həssas ölkələrə kömək etmək üçün lazımdır. Bu təşəbbüs davam etdirilməlidir", - deyib.
525.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron, "Twitter"də paylaşdığı videoda 1932-1933-cü illərdə sovet rejiminin milyonlarla insanı Ukrayna torpaqlarında aclıqdan ölməyə məcbur etdiyi Qolodomor faciəsinə toxunub. O, Ukrayna-Rusiya müharibəsinin dünya üçün ərzaq böhranı təhlükəsi yaratdığına diqqət çəkərək: "Ən həssas ölkələr istəmədikləri müharibə üçün bədəl ödəməməlidirlər", - ifadələrini işlədib.
Avropa İttifaqının (Aİ) öz "həmrəylik dəhlizləri" ilə indiyədək Ukraynadan 15 milyon ton taxıl çıxarıldığını bildirən Makron: " Türkiyənin vasitəçiliyi sayəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında müzakirə edilən Qara Dəniz Taxıl Təşəbbüsünün 120 günlük uzadılması da ən həssas ölkələrə kömək etmək üçün lazımdır. Bu təşəbbüs davam etdirilməlidir", - deyib.
Qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) tərəfindən Ukraynanın Somaliyə bağışladığı 25 min ton taxılın daşınması üçün Fransanın 14 milyon dollar töhfə verdiyini deyən Makron, Ümumdünya Ərzaq Proqramına Ukrayna taxılını Yəmən və Sudana göndərməsi üçün də 6 milyon avro verildiyini bildirib.
Məhəmməd Tağıyev



