|
|
|
|
Avrozonda İstehlak Qiymətləri İndeksi noyabrda 0,1 faiz azalsa da illik 10 faiz artıb.
525.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) Avrozonanın noyabr ayı üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb. Buna görə, Avrozonada oktyabrda 10,6 faiz olan illik inflyasiya, noyabrda 10 faiz olaraq təyin olunub. İstehlak Qiymətləri İndeksi (TÜFE) noyabrda ötən aya görə 0,1 faiz azalıb.
Noyabr ayında inflyasiyanın əsas komponentlərinə baxıldığında, ən yüksək illik inflyasiya 34,9 faiz ilə enerjidə olub. Enerjini 13,6 faizlə qida, spirt və tütün məmulatları, 6,1 faizlə qeyri-enerji sənaye məhsulları, 4,2 faizlə xidmətlər izləyib. Aİ-yə uyğun məlumatlara görə, noyabrda inflyasiya Latviyada 21,7, Estoniya və Litvada 21,4, Niderlandda 11,2, Avstriyada 11,1, Sloveniya və Belçikada 10,5, Portuqaliyada 10,3, İrlandiya, Yunanıstan və Finlandiyada 9, Lüksemburqda 7,3, Maltada 7,2, Fransada 7,1, İspaniyada isə 6,6 faiz təyin olunub.
Qeyd edək ki, bazar gözləntilərində inflyasiyanın noyabrda 10,3 faiz olacağı gözlənilirdi.
Məhəmməd Tağıyev