Avropa İttifaqının (Aİ) ardınca G7-yə üzv ölkələr və Avstraliya da Rusiyadan dəniz yolu ilə daşınan neftin 1 barelinə 60 dollarlıq yüksək hədd tətbiq etmək barədə razılığa gəliblər.
525.az xəbər verir ki, G7-yə üzv dövlətlərin verdiyi açıqlamada, Rusiyadan dəniz yolu ilə nəql edilən neftə 60 dollarlıq yüksək hədd qiymət tətbiq edilməsi ilə bağlı konsensusun əldə edildiyi bildirilib. G7 ölkələrinin bu qərarla Rusiyanın Ukrayna müharibəsində qazanc qaynaqlarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirdiyinə diqqət çəkilərək, bunun Rusiya-Ukrayna müharibəsinin qlobal bazarlara mənfi təsirini minimuma endirmək məqsədi daşıdığı bildirilib. Sözügedən tətbiqin dekabrın 5-də qüvvəyə minəcəyi qeyd edilib.
Qeyd edək ki, Rusiya dünya neft hasilatının təxminən 10 faizini istehsal edir. Digər tərəfdən, Rusiya rəsmiləri yüksək hədd qiymət tətbiqinə qatılan ölkələrə neft satmayacaqlarını açıqlayıb.
Məhəmməd Tağıyev