|
|
|
|
Avropa İttifaqı Polis Təşkilatının (Avropol) koordinasiyası ilə 25 ölkədə çirkli pulların yuyulması və kuryerlərə qarşı keçirilən əməliyyatda 2469 nəfərin saxlanıldığı, 8755 pul kuryerinin müəyyən edildiyi bildirilib.
525.az xəbər verir ki, Avropoldan verilən yazılı açıqlamada, çirkli pulları yuyan və kuryer işə götürən 222 nəfər və 8755 pul kuryeri müəyyən edilib və 2469 nəfər saxlanılıb. Təxminən 1800 müxtəlif bank və qurumun dəstəklədiyi əməliyyatda 4089 şübhəli əməliyyatdan, 17,5 milyon avroluq çirkli pulun ələ keçirildiyi qeyd edilib.
Günahsız insanların çirkli pulların yuyulması alətinə çevrilməsinin qarşısını almaq istəyən Avropol, bu gündən etibarən "#DontBeaMule" (kuryer olma) həştəqi ilə sosial mediada insanları maarifləndirməyə çalışacaq.
Qeyd edək ki, Avropol bundan əvvəl çirkli pulların yuyulması cinayəti ilə mübarizə üçün "Avropa pul kuryeri əməliyyatı" adı altında 7 əməliyyat həyata keçirmişdi.
Məhəmməd Tağıyev