|
|
|
|
Sahibkarlığın İnkişafı Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Turizm Agentliyinin, müvəkkil kredit təşkilatlarının nümayəndələri və sahibkarların iştirakı ilə dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması mövzusunda Naftalanda görüş keçirilib.
Görüşdə Fondun prioritet istiqamətləri barədə yerli iş adamlarına məlumat verilib və kreditin əldə edilməsi ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin sahibkarların mövcud mexanizmlə bağlı təklifləri öyrənilib.
2022-ci ildə Fond tərəfindən ayrılmış güzəştli kreditlərin həcmi az olan regionlarda sahibkarlarla görüşlərin keçirilməsində məqsəd, sahibkarların maliyyələşmə sahəsində mövcud çətinliklərinin öyrənilməsi və yerlərdə bu mövzuda maarifləndirilmənin aparılmasıdır.
Zakir MURADOV