|
|
|
|

"Ümummili lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni bir dönüş yarandı. Milli liderinin siyasi uzaqgörənliyi nəticəsində ictimai-siyası həyatda stabilliyin əldə edilməsi ilə yanaşı ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi.
Liberal iqtisadiyyatın, sosial ədalət prinsiplərinin fonunda ölkənin iqtisadi müstəqilliyinin qorunması istiqamətində ardıcıl fəaliyyətlər həyata keçirilməyə başlanıldı. MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədadlət və təmin sistemin formalaşması və gücləndirilməsi və eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Bu islahatlar starteji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı".
Bunu 525.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, milli liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları iki mərhələdə qruplaşdırmaq mümkündür. 1993-2003-cü illəri əhatə edən birinci mərhələdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət tənəzzülün aradan qaldırılmasına, stbailliyinin və iqtisadi inkişafın formalaşmasına imkan yaratdı. Bu mərhələdə əldə edilən uğurlar növbəti dövrdə Azərbaycanda sürətli iqtisadi inkişafın reallaşmasına baza formalaşdırdı:
"2003-cü ildən sonraki dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə dayanıqlı və inkluziv iqtisadi inkişafın qorunub saxlanması, ölkəmizin regional və qlobal məsələlərdə mövqeyinin daha da gücləndirilməsi və müsair çağrışlara uyğun yeni iqtisadi modelin formalaşmasına nail olundu. Milli lider Heydər Əliyevə Allahdan rəhmət diləyərək dərin hörmət və ehtiramla yad edirik".
Sevinc Qarayeva



