|
|
|
|

Britaniya hökuməti son 30 ildə ilk dəfə ölkədə kömür mədəninə lisenziya verildiyini bildirib.
525.az xəbər verir ki, Böyük Britaniyanın inkişaf və sosial yaşayış naziri Maykl Qov Kumbrianın şimal-qərbində kömür mədəni layihəsini təsdiqləyib.
Açıqlamada: "Bu kömür, ölkədə istehsal olunmadığı təqdirdə xaricdən idxal edilməli olan poladın istehsal mərhələsində istifadə olunacaq. Elektrik enerjisi istehsalı üçün istifadə edilməyəcək", - deyilib.
İngilis mətbuatında külli miqdarda sərmayə ilə mədəndən ildə 2,8 milyon ton kömür hasil edilməsinin gözlənildiyi bildirilib və hökumətin ilk olaraq bir kömür mədəninə lisenziya verdiyinə diqqət çəkilib.
Digər tərəfdən, ekspertlər mədən fəaliyyətə başladıqdan sonra ildə 400 min ton istixana qazı emissiyasına səbəb olacağını bildiriblər. "Greenpeace" bəyanatında bildirib ki, Böyük Britaniya iqlim məlumatlılığı üzrə lider deyil, “iqlim ikiüzlülüyündə super güc” olmağı seçib.
Qeyd edək ki, Britaniya hökuməti daha əvvəl bəyan etmişdi ki, 2050-ci ilə qədər ölkədə sıfır karbon emissiyasını hədəfləyir.
Malik Atilay



