Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “eTwinning Plus” layihəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin müəllimləri fəal iştirak ediblər.
İdarədən 525.az-a verilən xəbərə görə, mütəmadi olaraq layihəyə yeni məktəblər və müəllimlərin cəlbi istiqamətində işlər görülür. 300-dən artıq müəllimin məlumatları layihəyə qoşulmaq məqsədilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə göndərilib. “Dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün Elm və Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi elan edilib. Müsabiqə haqqında məlumat BŞTİ-nin tabeliyində fəaliyyət göstərən bütün ümumi təhsil məktəblərinə göndərilib. Bununla bağlı mütəmadi olaraq məktəblərlə əlaqə saxlanılıb və yaranan suallar cavablandırılıb.
Sevinc Qarayeva