İl ərzində Bakı şəhəri üzrə “Kiçik Akademiya”lara 10000-dən artıq şagird cəlb olunub, 2000-dən artıq tədbir keçirilib, tədbirlərdə 15000 -dən artıq şagird iştirak edib, 1500-dən artıq mövzu şagirdlər tərəfindən tədqiq olunub.
525.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verirlib. Bildirilib ki, Eyni zamanda ümumi təhsil məktəblərində fəaliyyət göstərən “Kiçik Akademiya” üzvləri müxtəlif yerli və beynəlxalq yarışlarda, olimpiadalarda qalib olub. “Kiçik Akademiya” üzrə mərkəz məktəblərin rəhbərliyi ilə konfranslar keçirilib. Eyni zamanda “Kiçik Akademiya”ların Bakı üzrə yaradılan saytı (bakuka.az) fəaliyyətə başlayıb. 12 inzibati rayonun hər birinin Mərkəz məktəb direktorları və Akademiya rəhbərlərindən ibarət votsap qrupu yaradılıb. Həmin qrup vasitəsilə mərkəz məktəblərlə mütəmadi olaraq əlaqə saxlanılmaqdadır.
Sevinc Qarayeva