Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın təbii resurslarının qanunsuz istismarına, ekoloji terrora etiraz edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbə-könüllüləri Şuşa-Laçın yolunda keçirilən aksiyaya qoşularaq, terrora son qoyulmasını tələb edirlər.
UNEC-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bu barədə UNEC THİK sədri İlkan Əliyev komitənin rəsmi facebook səhifəsində məlumat paylaşıb. THİK sədri Şuşa-Laçın yolundakı aksiyanı dəstəklədiklərini və komitənin bütün üzvlərinin aksiyaya qoşulmağa hazır olduqlarını bildirib.
Sevinc Qarayeva