|
|
|
|
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən
Salam Qədirzadənin 100 illik yubileyi münasibətilə hazırlanan “Unudulmaz əsərlər müəllifi-Salam Qədirzadə” -adlı metodik vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilib.
525.az xəbər verir ki, “Unudulmaz əsərlər müəllifi-Salam Qədirzadə”- Metodik vəsaitinI hissəsindəyazıçı Salam Qədirzadənin ədəbiyyatımıza olan misilsiz xidmətlərindən, onun dolu-dolu yaradıcı həyatından bəhs edilir. II hissədə isə metodik köməklik məqsədilə Salam Qədirzadənin yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı təqdim edilib.
Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.