https://525.az/img/pics/medium/2026-06/393573_gow4shv7my.jpg İşıqlı bir ömrün portreti - Şair-jurnalist Tofiq Hüseynin 80 yaşına
https://525.az/img/pics/medium/2026-06/393529_79qn01fcn5.jpg "Qardaşlar və bacılar" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-06/393394_564pc54rqt.jpg Kart ödənişlərində komissiyalara limit qoyuldu
https://525.az/img/pics/medium/2026-06/393527_60ptsty63c.jpg Laçında “Yeni Yaşayış Məhəlləsi”nin təməli qoyulur: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək
search
6 İyun 2026
5 İyun 2026

"Araz Naxçıvan" - "Zaqatala" matçı üçün stadion hazır vəziyyətə gətirilib

"Araz Naxçıvan" - "Zaqatala" matçı üçün stadion hazır vəziyyətə gətirilib

Dünən Naxçıvan Muxtar Respublikasına, əsasən Naxçıvan şəhərinə yağan leysan kənd təsərrüfatına, şəhərin infrastrukturuna, fərdi yaşayış evlərinə ciddi zərər vurmaqla yanaşı, nəqliyyatın hərəkətində də müəyyən çətinliklər yaratmışdı. 

"525.az"ın Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ziyan çəkmiş infrastrukturlardan biri də Naxçıvan şəhər Mərkəzi Stadionu idi. Bu səbəbdən stadionda 1-ci Divizionun son turu çərçivəsində bu gün baş tutması planlaşdırılan "Araz Naxçıvan" - "Zaqatala" matçı və oyundan sonra vaxtından əvvəl çempion olmuş "Araz Naxçıvan"ın mükafatlandırma mərasiminin təxirə düşməsi təhlükəsi yaranmışdı.

Əldə etdiyimiz son məlumata görə, hazırda stadion klub və Fövqəladə Hallar Nazirliyinin işçilərinin fədakarlığı sayəsində oyuna və tədbirə tam hazır vəziyyətə gətirilib. Bəzi xırda çatışmazlıqlar qalır ki, onlar da oyun saatına kimi aradan qaldırılacaq.

Xatırladaq ki, "Araz Naxçıvan" - "Zaqatala" matçı 16.00-da start götürəcək. Təltifetmə mərasimində isə muxtar respublikanın rəhbər şəxsləri ilə yanaşı, AFFA və PFL rəhbərliyi də iştirak edəcək.

İlqar Tağıyev

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.