
Ukraynada "Kaxovka" bəndinin dağılmasından sonra su basmış ərazidə ən azı 7 nəfər itkin düşüb.
525.az TASS-a istinadən xəbər verir ki, uçan bənddən gələn suyun ətraf əraziləri basması nəticəsində azı 7 nəfər itkin düşüb.
Ukraynanın Xerson vilayətində rusların nəzarətində olan "Kaxovka" bəndinə bombardmanlar nəticəsində ciddi ziyan dəydiyi üçün Dnepr çayının suyunun səviyyəsi sürətlə yüksəlib. Bölgədəki Novaya Kaxovka şəhərinin mərkəzi su altında qalıb, çəkilən görüntülərdə suyun səviyyəsinin binaların 2-ci mərtəbəsinə qədər qalxdığı görünüb.
Qeyd edək ki, Rusiya hakimiyyəti müharibədən əvvəl təxminən 44 min əhalisi olan şəhəri və daşqından zərər çəkmiş Qolopristanskiy və Aleşi rayonlarını boşaltmağa qərar vermişdi.
Malik Atilay



