|
|
|
|
Ukraynanın Xerson vilayətinin qubernatoru Rusiya qüvvələrinin şəhəri dəfələrlə bombaladığını, hücumlar nəticəsində bir nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını bildirib.
525.az dünya mediasına istinadən xəbər verir ki, Ukraynanın bölgə qubernatoru Oleksandr Prokudin "Telegram" mesajlaşma proqramında verdiyi açıqlamada bombardmanın Xerson şəhərini də əhatə etdiyini açıqlayıb.
Hücum nəticəsində bir mülki vətəndaşın həlak olduğu bildirilib.
Qeyd edək ki, çərşənbə axşamı günü Rusiyanın nəzarətində olan Xerson bölgəsindəki kritik "Novaya Kaxovka" bəndi çöküb, Xersonun böyük hissəsini su basıb və minlərlə insan təxliyə olunmağa məcbur olub.
Malik Atilay