
Ukraynanın hava hücumundan müdafiə qüvvələri iyunun 11-nə keçən gecə İran istehsalı olan 6 pilotsuz təyyarəni məhv edib.
525.az bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin teleqram kanalına istinadən xəbər verir.
PUA-lar ölkənin şərqində, "Vostok" hava komandanlığının zonasında vurulub.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan İran Moskvaya "Şahed" pilotsuz uçan aparatlarını tədarük edir.



