
Türkiyənin paytaxtı Ankarada yağan leysan daşqınlara səbəb olub, “Sıhhiye” metro stansiyasını su basıb.
525.az “TRT Haber”ə istinadən xəbər verir ki, küçə və məhəllələr gölə çevrilib, avtomobillər su altında qalıb.
Zərərçəkənlər barədə isə məlumat verilməyib.
Qeyd edək ki, daha əvvəl Türkiyə Meteorologiya İdarəsi 20 vilayətdə sarı təhlükə səviyyəsi elan edib.
Qoşqar Bəylərov



