
Hazırda Ukrayna genişmiqyaslı əks-hücum əməliyyatları aparır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Prezidentin sözlərinə görə, Ukrayna hazırda əks-hücum əməliyyatlarına görə topladığı resurslardan istifadə edir.
“Bu əməliyyatlar iyunun 4-dən başlayıb", - Putin bildirib.
Qeyd edək ki, V.Putin iyunun 9-da Ukraynanın əks-hücum əməliyyatlarına başladığını elan etmişdi.
Qoşqar Bəylərov



