
Ukrayna Rusiyanın Odessaya gecə saatlarında həyata keçirdiyi hücumlarda 3 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını açıqlayıb.
525.az xəbər verir ki, Ukrayna rəsmiləri şəhərdəki anbar, mağaza və təhsil müəssisəsinə edilən hücumlarda 3 nəfərin həyatını itirdiyini, 13 nəfərin isə yaralandığını açıqlayıb. Rəsmiləri hələ də dağıntılar altında sağ qalanların ola biləcəyindən narahatdırlar.
Bildirilib ki, Ukrayna hakimiyyəti axtarış-xilasetmə işlərini sürətləndirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığından verilən açıqlamada Odessanın Qara dənizdə bir gəmidən atılan 4 qanadlı raketlə vurulduğu, iki qanadlı raketin isə hava hücumundan müdafiə sistemi ilə vurulduğu bildirilib.
Fərid Sançar



