
Bu gün - 22 iyun tarixində Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılıb.
“İnflyasiya proqnozunda əhəmiyyətli irəliləyiş olana qədər pul siyasəti mərhələli şəkildə sərtləşdiriləcək", - deyə TMB bəyan edib.
Qeyd edək ki, bugünki faiz artımı 27 aylıq fasilədən sonra ilk dəfə baş tutur.
Qoşqar Bəylərov



