
İranın Ərdəbil əyalətində yerli işçilər müxtəlif bəhanələrlə işdən çıxarılır və onların yerinə miqrantlar götürülür.
525.az bu barədə İranın Milli Statistika İdarəsinin məlumatlarına istinadən xəbər verir.
Məlumatlara əsasən ölkə üzrə işsizlik 11 faiz olduğu halda, Ərdəbildə bu göstərici 12,8 faizdir.
Məlumatda həmçinin Ərdəbil əyalətində əhalinin artım tempinin də başqa bölgələrlə müqayisədə əhəmiyyətli dərəcədə az olduğu bilidirib.
Qeyd edək ki, əhalisi əsasən Azərbaycan türklərindən ibarət olan Ərdəbil əyalətində gəlmələrin işlə təmin olunmasına üstünlük verilməsi süni şəkildə başqa etnik qrupların sayının artması ilə nəticələnə bilər.
Qoşqar Bəylərov



