
"Vaqner" Özəl Hərbi Şirkətinin bölmələri Voroneji tərk edir”.
525.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Voronej vilayətinin qubernatoru Aleksandr Qusev sosial şəbəkələrdə məlumat verib.
"Vaqner” bölmələrinin Voronej vilayətindəki hərəkəti başa çatıb”, - deyə Qusev yazıb.
Qubernator əlavə edib ki, yerli hakimiyyət orqanları yekun qərardan sonra məhdudiyyətləri aradan qaldıracaq: "Dəymiş zərərin aradan qaldırılması üçün görəcəyimiz tədbirlər barədə əlavə məlumat veriləcək", - Aleksandr Qusev vurğulayıb.
Qoşqar Bəylərov



