
Ukrayna Rusiyanın müvəqqəti ilhaq etdiyi ərazilərdə həyatını itirən 51 ukraynalı əsgərin cənazəsini qəbul edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiya Nazirliyindən verilən açıqlamada müharibədə həyatını itirən əsgərlərin cənazələrinin Ukraynaya gətirildiyi bildirilib.
Açıqlamada: “Bu gün 51 əsgərin cəsədi evə gətirilib. Meyitlər müvafiq qurumların və beynəlxalq təşkilatların dəstəyi ilə Ukraynanın müvəqqəti olaraq işğal olunmuş ərazisindən göndərilib", - deyilib.
Qeyd olunub ki, əsgərlərin cəsədlərinin qaytarılması Cenevrə konvensiyalarına uyğun həyata keçirilib.
Malik Atilay



